Ölkəmizdə 1633 hemofiliya xəstəsi qeydə alınıb.

Hemofiliya qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar olan irsi xəstəlikdir. Xəstəliyin əlamətləri, demək olar ki, bütün hallarda erkən uşaqlıq dövründə, çox vaxt yeni doğulmuş uşağın 4-5-ci gününə qədər özünü büruzə verir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Hemofiliyanın ağır formasından əziyyət çəkən xəstələr oynaq və əzələlərə tez-tez qan axması nəticəsində əlillik vəziyyətinə düşürlər.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 11-də “Azərbaycanda hemofiliya: problemlə necə mübarizə aparmalı” mövzusunda keçirilən mətbuat konfransında məlumat verilib.
Konfransda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri, dosent Elmira Qədimova son illər ölkəmizdə hemofiliyalı xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəldiyini və qoyulan diaqnoza görə hətta Avropa ölkələrindən geri qalmadığını bildirib. Onun verdiyi məlumata görə, 2005-ci ildə ölkəmizdə 980 nəfər hemofiliya xəstəsi qeydiyyata alınıb. Hazırda isə ölkəmizdə 1633 nəfər qeydiyyata alınmış hemofiliya xəstəsi var, onların 80 faizindən çoxu yaşı 15-dən yuxarı olanlardır. Mərkəzin rəhbəri onu da qeyd edib ki, Dövlət proqramı çərçivəsində hemofiliyalı xəstələrə göstərilən tibbi xidmət sayəsində onların həyat şəraiti yaxşılaşır, əlilliyin və ölüm hallarının sayı azalır. Həmin xəstələr üzərində nəinki cərrahi, hətta endoprotez əməliyyatları aparılır. Artıq 4 xəstə üzərində endoprotez əməliyyat aparılıb.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədr müavini Ayaz Hüseynov Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında, Gəncədə A.Səhhət adına xəstəxanada və Şirvanda hemofiliyalı xəstələr üçün fizioterapiya kabinetləri barədə danışıb. O, ötən il Naxçıvanda da həmin mərkəzin yaradılması üçün işlərə başlanıldığını qeyd edib. Bu sahədə olan uğur və yeniliklər haqqında bəhs edən sədr müavini xəstələrin dərmanları daha yaxın məsafədən əldə etməsi, tibbi-genetik laboratoriyaların yaradılması, kadr hazırlığının yaxşılaşdırılması, eləcə də bu sahədə xidmətin yaxşılaşması üçün digər zəruri tədbirlərin görülməsi üçün aparılan işlər barədə məlumat verib.
Şirvan regional hemofiliya mərkəzinin rəhbəri Təranə Cəlilova rəhbərlik etdiyi regional mərkəzin 2014-cü ildə yaradıldığı və hazırda 9 rayondan olan hemofiliyalı xəstələrə göstərdiyi tibbi yardım barədə danışıb.
Mətbuat konfransında hemofiliyalı xəstələri, eləcə də jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

 

XƏBƏR LENTİ

Azərbaycanda ilk faraş meyvə plantasiyaları məhsul verəcək - FOTO


Kursantların təlimində praktiki döyüş atışları icra edilir - VİDEO


Yunan-Roma güləşçilərinin mübarizəsinə sabah yekun vurulacaq.


“İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” mövzusunda tədbir keçirilib


Azay Quliyev medianın gözlədiyi sualları cavablandırdı!


Ölkəmizdə 1633 hemofiliya xəstəsi qeydə alınıb.


Qoruqlarda “açıq qapı” günü təşkil ediləcək.


ATU ilə Ege Universiteti arasında müqavilə imzalanıb.


ATU-nun “Təbib” idman klubunun məşqçi-müəllimi Kyokuşin Dünya Birliyi -Azərbaycan təşkilatını yaradıb.


ABŞ-İran münasibətləri - VİDEO


SORĞU

How Is My Site?

View Results

Loading ... Loading ...

ARXİV