“İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” mövzusunda tədbir keçirilib

Aprelin 12-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” mövzusunda tədbir keçirilib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının əməkdaşlarını icbari tibbi sığorta sistemi, sistem çərçivəsində tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlər barədə məlumatlandırmaq məqsədilə təşkil edilib.

Tədbirdə Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev icbari tibbi sığortanın tətbiqinin əhalinin sağlamlığının qorunması baxımından vacib islahat olduğunu qeyd edərək bildirib ki, icbari tibbi sığortanın tətbiqi tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, tibb müəssisələrinin maddi-texniki bazalarının möhkəmlənməsinə müsbət təsir göstərəcək.

Agentliyin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov icbari tibbi sığortanın mahiyyəti, sistemin tətbiqinin səhiyyənin inkişafına töhfəsi və pilot ərazilər üzrə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) tibbi statistik göstəricilər barədə iştirakçılara məlumat verib. Departament rəhbəri, həmçinin tibb işçilərinin nüfuzu, sosial rifahı və peşəkarlığının artırılması sahəsində pilot layihə çərçivəsində atılan addımlardan danışıb, tibb personalının iş şəraitinin yaxşılaşdığını, xəstəxanalarda qeydiyyat sisteminin yenidən qurulduğunu və onların maddi-texniki bazalarının gücləndirildiyini diqqətə çatdırıb.

İcbari tibbi sığorta çərçivəsində tibb müəssisələrinin yeni maliyyələşdirilməsi qaydalarından danışan agentliyin monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov icbari tibbi sığorta modelləri, universal tibbi təminat, ölkəmizdə və digər ölkələrdə mövcud səhiyyə sistemləri barədə çıxış edib. Onun verdiyi məlumata görə, icbari tibbi sığorta haqqı muzdlu işçilər üçün əməkhaqqından faiz tutulmaqla, digər vətəndaşlar üçün isə illik 120 manat müəyyənləşdirilib. O, icbari tibbi sığorta haqqını ödəməkdən azad olunan əhali qrupları barədə də danışıb.

Agentliyin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova “Tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə keçidi: hazırlıq tədbirləri” mövzusunda çıxışında bildirib ki, icbari tibbi sığortanın gələn ildən ölkə üzrə tətbiqi məqsədilə xəstəxanaların qeydiyyat sisteminin təkmilləşdirilməsi və təchizatının yaxşılaşdırılması, ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi vacibdir. Şöbə müdiri icbari tibbi sığortanın xidmətlər zərfi barədə də məlumat verib.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov icbari tibbi sığorta sistemində tibb müəssisələrinin yeni idarəetmə mexanizmlərindən danışıb. Direktor qeyd edib ki, rəhbərlik etdiyi tibb müəssisəsində çevik idarəetmənin təmin olunması üçün şöbələr yeni struktur əsasında formalaşdırılıb, kadrlar yeni struktura uyğun yerləşdirilib və tibb müəssisəsinin maddi-texniki bazası yenilənib.

Agentliyin əməkdaşları iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

www.jia.az

XƏBƏR LENTİ

Azərbaycanda ilk faraş meyvə plantasiyaları məhsul verəcək - FOTO


Kursantların təlimində praktiki döyüş atışları icra edilir - VİDEO


Yunan-Roma güləşçilərinin mübarizəsinə sabah yekun vurulacaq.


“İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” mövzusunda tədbir keçirilib


Azay Quliyev medianın gözlədiyi sualları cavablandırdı!


Ölkəmizdə 1633 hemofiliya xəstəsi qeydə alınıb.


Qoruqlarda “açıq qapı” günü təşkil ediləcək.


ATU ilə Ege Universiteti arasında müqavilə imzalanıb.


ATU-nun “Təbib” idman klubunun məşqçi-müəllimi Kyokuşin Dünya Birliyi -Azərbaycan təşkilatını yaradıb.


ABŞ-İran münasibətləri - VİDEO


SORĞU

Test

Loading ... Loading ...

ARXİV