Azərbaycanda ilk faraş meyvə plantasiyaları məhsul verəcək – FOTO

İş  adamı Mürvət Həsənlinin  Bakının Zirə kəndində yerləşən Azərbaycandakı ilk faraş meyvə bağları bu il birinci dəfə nübarını verəcək.

Jia.az-nın “musavat.com” saytına istinadən verdiyi məlumata görə, bununla da indiyə qədər Bakı bazarlarını ilin bütün fəsillərində təzə pomidor və xiyarla təmin edən Zirə kəndinin bu ildən paytaxtda faraş meyvələri də satılmağa başlanacaq.

İş adamı faraş meyvələrin yetişdirilməsi ilə bağlı təcrübəni Türkiyədə öyrənib. 2016-cı ilin dekabrında bu istixanaların tikintisinə başlayıb, 2017-ci ilin yanvar ayının 20-25-də alça, şaftalı, nektarin (tüksüz şaftalı) və üzüm tingləri əkib. Artıq 1 il 3 ay keçib, ağaclar bar verib. Belə plantasiyalarda meyvələr adətən yetişdikləri zamanından bir ay öncə yetişir, bazara satışa çıxarılır. Artıq bağda ərik yetişib, bir həftə sonra yığımına başlanacaq. Hazırda hədəf daxili bazarlardır. İş adamı hesab edir ki, gələcəkdə 10-15 belə bağ olsa, faraş meyvələrin xaricə satışını təşkil etmək də mümkündür. M. Həsənlinin də növbəti mərhələdə hədəfi Rusiya bazarıdır.

Qeyd edək ki, indiyə qədər Azərbaycana faraş meyvələr xaricdən idxal edilib. Bu səbəbdən də qiymətlər həddindən artıq baha olub. Məsələn, bu gün marketlərdə 1 kq alçanın qiyməti bəzən 500-600 manata çatır. İş adamı hesab edir ki, yaxın 10 gündə  bu bağlarda yetişən faraş meyvələrin satışına başlamaları ilə belə meyvələrin qiyməti 10 dəfə ucuzlaşa bilər. Ərazisi 4 hektardan çox olan şaftalı plantasiyasından 15 gündən sonra məhsul yığılacaq.  4200 ədəd şaftalı ağacının olduğu bağda 4 növ meyvə ağacı var.  İş adamı hesab edir ki, faraş şaftalının satışına başlandıqdan sonra qiymətlər 50 faiz ucuzlaşacaq.

M. Həsənlinin sözlərinə görə, gələn ildən artıq xaricdən faraş meyvə idxalı da dayana bilər. Çünki hazırkı meyvə bağlarından yığılacaq faraş meyvələrin daxili bazarı tam təmin edəcəyinə əmindir. Ağacların tam meyvə verməyə başlayacağı gələn ildən isə xaricə də faraş meyvə idxal etmək planlaşdırılıb. Məsələn, hazırda həmin bağlarda 4600 ədəd ərik ağacı var və  bu il üçün 30-35 ton civarında ərik yetişməsi gözlənilir. Gələn ildən isə bu, 120-130 tona kimi artacaq, 4-cü ildə isə 150-160 ton olacaq.

Azərbaycandakı ilk faraş meyvə bağlarında birillik ağacların inkişafdan qalmaması üçün çox meyvə yükü verilməməsinə diqqət yetirilib. Meyvələr yığıldıqdan sonra ağacların bütün kiçik budaqları budanacaq ki, daha sürətlə inkişaf etsin. Ağaclara aqrotexniki qulluq edilib, təbii gübrələr, azot, fosfat verilib. Suvarma sistemi tam avtomatik şəkildə qurulub. Bağın torpağı isə qumdur.  Qumda inkişaf daha sürətli olur, çünki qum isti olur, ağacın kökünün şaxələnməsinə, daha rahat getməsinə kömək edir. Bu torpaqda gil yoxdur.

İş adamı onu da nəzərə çatdırıb ki, istixanalar 5 hissədən ibarətdir. Onlardan  biri də 4 hektar 20 sot təşkil edən alça plantasiyasıdır. Alça istilikxanasında  3 sort alça  – göycə, splinter (yapon gavalısı) və türklərin ”can ərik” dediyi sort yetişdirilir.  Digər tərəfdən, istixana şəraitində yetişən meyvənin digərlərindən dad və keyfiyyət baxımından heç bir fərqi yoxdur. Sadəcə, bağlı şəraitdə yetişdiyi üçün daha çox istilik yaranır və daha tez məhsul yığılır.

İş adamı onu da vurğulayıb ki, Türkiyədən fərqli olaraq Azərbaycanın Rusiyaya ixrac imkanları daha çoxdur. Çünki Mersindən Moskvaya meyvə 14 günə, Azərbaycandan Moskva iki günə çatdırılır.

M. Həsənli onu da xatırladıb ki, Hollandiyanın, Yaponiyanın və Azərbaycanın yararlı torpaq sahəsi, demək olar ki, eynidir. Ancaq Hollandiya ildə aqrar sektordan 60 milyard dollara yaxın gəlir götürür. Lakin 2016-cı ilin statistikasına görə, Azərbaycanda əhalinin 55-60 faizi yerli ərzaqla təmin edilir. Yaponiya da əhalisinin 50-55 faizini təmin edə bilir. Ancaq Yaponiyanın əhalisi 130 milyon nəfərdir. Hollandiya ilə müqayisə olunsa, Azərbaycanın daha üstün cəhətləri var. Azərbaycandan Kür və Araz kimi iki bol sulu çay keçir, cənub zonasında sitrus meyvələr bitir. Hollandiyanın üstünlüyü isə odur ki, Avropanın mərkəzində bazarı var. Amma Azərbaycanın da Rusiya kimi böyük bir bazarı mövcuddur.  Fermerlələ bağlı 2019-2023-cü illər üçün dövlət proqramı qəbul olunduğunu, yol xəritəsinin hazırlandığını, dotasiyalar, subsidiyalar verildiyini xatırladan iş adamına görə, bunun nəticəsində yaxın illərdə Azərbaycan aqrar sektorda  Avropanın Hollandiyası kimi inkişaf edə, öz məhsullarını xarici ölkələrə sata bilər.

İş adamı onu da bildirib ki, istixanalarda 193 nəfər insan işlə təmin olunub. Meyvə yığımı dövründə mövsümü olaraq  işçilərin sayı daha da artacaq və ilbəil də daha çox insanı işlə təmin etmək imkanı yaranacaq. Yaxın gələcəkdə bir neçə iş adamı da faraş meyvə bağları salmağı planlaşdırırlar. M. Həsənli qeyd edib ki, ərzaq məhsullarına görə ölkədən xaricə valyuta getməməlidir.

www.jia.az

XƏBƏR LENTİ

Azərbaycanda ilk faraş meyvə plantasiyaları məhsul verəcək - FOTO


Kursantların təlimində praktiki döyüş atışları icra edilir - VİDEO


Yunan-Roma güləşçilərinin mübarizəsinə sabah yekun vurulacaq.


“İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” mövzusunda tədbir keçirilib


Azay Quliyev medianın gözlədiyi sualları cavablandırdı!


Ölkəmizdə 1633 hemofiliya xəstəsi qeydə alınıb.


Qoruqlarda “açıq qapı” günü təşkil ediləcək.


ATU ilə Ege Universiteti arasında müqavilə imzalanıb.


ATU-nun “Təbib” idman klubunun məşqçi-müəllimi Kyokuşin Dünya Birliyi -Azərbaycan təşkilatını yaradıb.


ABŞ-İran münasibətləri - VİDEO


SORĞU

How Is My Site?

View Results

Loading ... Loading ...

ARXİV