Növbədənkənar keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmək üçün namizəd olmuş vətəndaşların təşviqat və təbliğat kompaniyaları başlamaq üzrədir.

Azərbaycan Respublikasının Prezidenti çıxışlarında namizədlər sırasında gənclərin üstünlük təşkil etməsinə, budəfəki seçkilərdə yeni simaları görmək istəməsi ölkə ərazisində gənclərin fəal şəkildə seçkilərə qatılmasına həvəs yaratmışdır.

Jia.az olaraq belə gənclərin biri ilə Sizi tanış etmək qərarına gəldik.

*ELVİN BƏHRUZ OĞLU TALIŞINSKİ*

Parlament seçkilərinə 56 saylı Xaçmaz kənd seçki dairəsindən öz namizədliyini irəli sürmüşdür.

Elvin Talışınski 1 iyun 1984-cü ildə anadan olmuşdur. 2005-ci ildə Milli Aviasiya Akademiyasının hüquq fakültəsini “Beynəlxalq hüquq” ixtisası üzrə əla qiymətlərlə bitirmiş və Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun doktoranturasına qəbul olmuşdur. Namizədlik dissertasiyasını Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında uğurla müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
2007-ci ildən 2013-cü illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda kiçik elmi işçidən Gənc Alimlər Şurasının sədri vəzifəsinədək yüksəlmişdir. Akademiyada çalışdığı dövrdə dövlətimizi xarici ölkələrdə təmsil etmək üçün ezam olunmuş və keçirilən beynəlxalq elmi konfranslarda, simpoziumlarda çıxış edib müxtəlif fəxri fərmanlara, diplomlara layiq görülmüşdür.
Elvin Talışınski xaricdə təşkil olunan bir neçə beynəlxalq elmi müsabiqələrin qalibi və laureatı, 60-a yaxın elmi məqalənin, 1 Almaniyada nəşr olunmaqla, 3 monoqrafiyanın müəllifidir. O bütün dünyada ən aktual mövzulardan biri olan informasiya müharibəsininin Azərbaycanda ilk araşdırmaçısıdır. Ona qədər heç kəs Azərbaycanda informasiya müharibəsini elmi predmet olaraq araşdırmamışdır. 2006-cı ildən bu sahədə araşdırma aparan tədqiqatçı bir sıra nüfuzlu elmi nəşrlərdə çap olunmuşdur.
2012-ci ildən V.Dal adına Şərqi Ukrayna Milli Universitetinin təşəbbüsü ilə təşkil olunan beynəlxalq elmi konfransların Azərbaycan üzrə koordinatoru və nəşr olunan məqalələr toplusunun redaksiya heyətinin üzvüdür. 2015-ci ildən etibarən Kanadada nəşr olunan “Virtus – scientific journal” – beynəlxalq elmi jurnalın xarici əlaqələr üzrə redaktor müavini təyin olunmuşdur. Bundan əlavə olaraq, siyasi elmlər sahəsində nəşr etdiyi elmi əsərlərinə görə 2015-ci ildə “National Quality Awards” Fondu və “European scientific and industrial consortium”un təsis etdiyi “Oliver Cromwell” adına qızıl medala layiq görülmüşdür.
2008-2009-cu illərdə Rusiyada Cənubi Ural Dövlət Universitetində və İranda Azad İslam Universitetində rus və ingilis dillərində böyük auditoriyalarda mühazirələr demişdir. 2011-ci ildən Bakı İslam Universitetində müəllim kimi işə başlamış, 2014-cü ildən İctimai fənlər kafedrasının müdiri vəzifəsinə təyin olunmuşdur. 2015-ci ildə Beynəlxalq Təhsil Akademiyasına müxbir-üzv, 2019-cu ildə isə həqiqi-üzv seçilmişdir. Elvin Talışınski bu akademiyanın yeganə azərbaycanlı üzvüdür. 2019-cu ildə Rusiya təhsilinin inkişafına, beynəlxaq elmi əməkdaşlığa və ixtisaslı kadrların hazırlanmasında göstərdiyi xidmətlərinə görə Böyük Britaniya Təhsil Akademiyası tərəfindən fərqlənmə ordeni ilə təltif olunmuşdur.
2018-ci ildən fəaliyyət göstərən “Elin Səsi” milli-mənəvi dəyərələrimizin qorunması İctimai Birliyinin təsisçisi və sədridir.

Rizvan Fikrətoğlu – Jurnalist

XƏBƏR LENTİ

BEYNƏLXALQ SÜLH GÜNÜNDƏ SÜLHƏ TƏHDİD YARADANLAR BARƏDƏ BİR NEÇƏ SÖZ...


Ermənistanın Müdafiə naziri Qarabağda: Separatçıların lideri ilə görüşdü


ABŞ-da altıncı nəsil qırıcılar sınaqdan keçirildi


Məktəblər yenidən bağlanacaq? - RƏSMİ AÇIQLAMA


Bu ilin səkkiz ayında qaz hasilatı artıb


Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır - FAKTLAR


Dinlənilməsi mümkün olmayan mobil telefonlar var


Nikolun qorxusu: Zərbə vurmağa çalışır ki... - Bozoyan


Türkiyə vətəndaşlarından dəstək: Hədəfimiz Şuşadır...


Mevlüt Çavuşoğlundan Ermənistana: “Ağlınızı başınıza yığın!”


ARXİV