1279 namizəd qeydə alınıb

Fevralın 9-a təyin olunmuş Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün müraciət edənlərin 50 %-dən çoxunun deputatlığa namizədliyi qeydiyyata alınıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) saytının verdiyi məlumata görə, 2020-ci ilin fevralın 9-a təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak üçün 2431 nəfər müraciət edib. Onlardan 1279-nun namizədliyi qeydə alınıb.

Səkkiz seçki dairəsində namizədliyi irəli sürülən namizədlərin hamısı – 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 3 nəfər, 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 3 nəfər, 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 4 nəfər, 6 saylı Culfa-Babək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 5 nəfər, 7 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 4 nəfər, 53 saylı Quba-Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 18 nəfər, 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 9 nəfər, 105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 9 nəfər qeydə alınıb.

Ümumilikdə deputatlığa namizədlərin ən çox qeydə alındığı seçki dairəsi isə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsidir. Bu seçki dairəsində 24 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Apa

XƏBƏR LENTİ

Hərbçilərimiz qarlı havada təlim keçir - FOTO


Qurban Qurbanov Ramil Şeydayevin qayıdışından danışdı


MSK daha iki məntəqənin nəticələrini etibarsız saydı


Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda hiss olundu


Türkiyə Azərbaycanla sərhədi bağladı - Koronavirusa görə


MSK Fəzail Ağamalının lideri olduğu dairənin 11 məntəqəsində nəticələri ləğv etdi


İlham Əliyev türkiyəli həmkarına başsağlığı verdi


İtaliyada daha bir oyun koronavirusa görə təxirə salındı


Premyer Liqa: “Qarabağ” “Sumqayıt”a, “Səbail” “Sabah”a qarşı


Səni bu günə kim salıb, Yardımlı?..


SORĞU

Test

Loading ... Loading ...

ARXİV