Bakıda mərkəzi rayon yaradılacaq

Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə yaxın zamanlarda Bakıda mərkəzi rayonun yaradılması gözlənilir.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün Bakı Konqres Mərkəzində keçirilən “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı beynəlxalq konfransda çıxışı zamanı məlumat verib.

E.Əzizovun sözlərinə görə, nəzərdə tutulan mərkəzi rayon yaradılsa, tarixi binalara xüsusi xidmət göstəriləcək:

“Sözügedən binaların fasadlarını qoruyub saxlamaq, küçələri vahid standartlara gətirib çıxarmaq kifayət qədər çətindir. Bu məsələ ilə bağlı yaxın zamanlarda qərar veriləcək”.

İcra başçısı onu da əlavə edib ki, hazırda paralel olaraq Bakının mərkəzində abadlıq işləri aparılır:

“Paytaxtda yalnız yeni binaların deyil, eləcə də 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində neft sənayesinin inkişafı nəticəsində yerli sahibkarlar tərəfindən inşa edilən bir sıra tarixi binaların da bərpası istiqamətində işlər görülür. Aparılan bütün işlər göz qabağındadır. Bu cür problemlər yaxın zamanda mərkəzi rayonun yaradılması ilə aradan qaldırılacaq”.

Oxu.az

XƏBƏR LENTİ

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə bir sıra elektrik qatarlarının hərəkəti dayandırılacaq - CƏDVƏL


Cəbhəboyu zonada gecə təlimləri keçirilib - VİDEO


Yayım zəncirini əsaslı şəkildə qırmaq üçün daha sərt tədbirlərə ehtiyac var -TƏHLİL


Prezident İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verdi


Nazirlik vergiödəyicilərinə müraciət edib


DTX-nin tutduğu XİN-in yüksək vəzifəli şəxsi: “10 faizini özümə götürürdüm” - VİDEO


DİN "Fairmont Baku" otelində keçirilən əməliyyatla bağlı məlumat yaydı - VİDEO


Karantin qaydalarını pozan istirahət mərkəzi cərimələnib - FOTO


Qəbələ, qədim Qafqaz Albaniya dövlətinin paytaxtı!


Əməkdar artist Tofiq Hüseynov vəfat edib


ARXİV