MİDA növbəti Yaşayış Kompleksini tezliklə vətəndaşlara təklif edəcək

MİDA-dan verilən məlumata görə, 2017-ci ilin dekabrın 24-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi Hövsan Yaşayış Kompleksinin ilk 7 mərtəbəli yaşayış binasının təməlqoyma mərasimi keçirilib.

Bakı şəhərinin Suraxanı rayonunda, Hövsan qəsəbəsinin yaxınlığında 20 hektar ərazidə inşa olunan Hövsan Yaşayış Kompleksi tikinti-quraşdırma işləri yekunlaşıb.

Kompleks ümumilikdə 2962 mənzil olmaqla 11 yaşayış binasından ibarətdir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təklif olunacaq. Mənzillərin layihələndirilməsi zamanı ölkəmizin şəhərsalma təcrübəsində ilk dəfə olaraq böyük əsas həyətlərlə yanaşı Avropanın cənub şəhərlərində geniş tətbiq olunan kiçik daxili həyətlər də planlaşdırılmışdır. Bununla da bütün mənzillərin təbii havalandırılması mümkün olacaq.

Hövsan Yaşayış Kompleksinin ərazisində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şərait yaradılıb, geniş həyətlər və uşaq oyun meydançaları tikilib, yaşıllıqlar salınıb. Eləcə də, Kompleksin ərazisində hər biri 90 yerlik olmaqla iki uşaq bağçası, 1920 şagird yerlik bir ümumtəhsil məktəbi və tibb mərkəzi tikilib.

Yaxın zamanlarda mənzillərin satışı barədə elan veriləcək.

Apa

XƏBƏR LENTİ

Hərbçilərimiz qarlı havada təlim keçir - FOTO


Qurban Qurbanov Ramil Şeydayevin qayıdışından danışdı


MSK daha iki məntəqənin nəticələrini etibarsız saydı


Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda hiss olundu


Türkiyə Azərbaycanla sərhədi bağladı - Koronavirusa görə


MSK Fəzail Ağamalının lideri olduğu dairənin 11 məntəqəsində nəticələri ləğv etdi


İlham Əliyev türkiyəli həmkarına başsağlığı verdi


İtaliyada daha bir oyun koronavirusa görə təxirə salındı


Premyer Liqa: “Qarabağ” “Sumqayıt”a, “Səbail” “Sabah”a qarşı


Səni bu günə kim salıb, Yardımlı?..


SORĞU

Test

Loading ... Loading ...

ARXİV