Tibb Universitetində yeni ixtisas açılır

Azərbaycan Tibb Universiteti daha bir yeniliyə imza atır. Belə ki, ölkədə yeganə ali tibb təhsili verən bu məktəbdə bundan sonra “Tibb bacısı” ixtisası üzrə də təhsil almaq mümkün olacaq.

Universitetdən verilən xəbərə görə, indiyədək tibb bacısı ixtisası üzrə yalnız natamam ali təhsil almaq mümkün idi: “Keyfiyyətli tibb təhsili verən ATU-da bu ixtisasa yiyələnmək istəyən gənclər olsa da, müvafiq yöndə tədris aparılmırdı. Halbuki, gündəlik həyatımızda səhhətimizlə əlaqədar olaraq işini yüksək səviyyədə bilən, xəstələrə keyfiyyətli yardım göstərməyi bacaran tibb bacılarına ehtiyac daha çoxdur.

ATU rəhbərliyi bu tələbatı nəzərə alaraq son illər səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində “Tibb bacısı” üzrə bakalavr səviyyəsində ixtisas açmaq qərarına gəlib. Yeni ixtisas üzrə insanlara peşəkar yardım göstərəcək tibb bacıları yetişdiriləcək. İxtisas üzrə təhsil alan gənclərə tibb komandasının məsuliyyətli üzvü olmaq, vəzifə və öhdəliklərini peşəkar şəkildə yerinə yetirmək, peşə etika qaydalarına hər zaman riayət etmək, peşəkar tibb bacısı olmaq üçün zəruri bilik və bacarıqlar tədris olunacaq”.

Apa

XƏBƏR LENTİ

Hərbçilərimiz qarlı havada təlim keçir - FOTO


Qurban Qurbanov Ramil Şeydayevin qayıdışından danışdı


MSK daha iki məntəqənin nəticələrini etibarsız saydı


Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda hiss olundu


Türkiyə Azərbaycanla sərhədi bağladı - Koronavirusa görə


MSK Fəzail Ağamalının lideri olduğu dairənin 11 məntəqəsində nəticələri ləğv etdi


İlham Əliyev türkiyəli həmkarına başsağlığı verdi


İtaliyada daha bir oyun koronavirusa görə təxirə salındı


Premyer Liqa: “Qarabağ” “Sumqayıt”a, “Səbail” “Sabah”a qarşı


Səni bu günə kim salıb, Yardımlı?..


SORĞU

Test

Loading ... Loading ...

ARXİV