Hərbçilərimiz qarlı havada təlim keçir – FOTO

Gürcüstanın Bakuriani bölgəsində qış dağ təlimi keçirilir.

Bu barədə Gürcüstanın Müdаfiə Nаzirliyi məlumat yayıb.

NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində təşkil olunan təlimdə alyansa yeddi üzv və tərəfdaş ölkədən olan 31 hərbçi qatılıb. Gürcüstanla yanaşı, təlimdə Azərbaycan, ABŞ, Latviya, Ukrayna, Polşa və Belarusdan olan hərbçilər də iştirak edirlər.

Saçxere Dağ Hazırlığı Təlim Mərkəzinin təlimçilərinin köməyi ilə hərbçilər xizəklə maneələrin dəf olunması, qarda sığınacağın qurulması, qar uçqunu zamanı axtarışların həyata keçirilməsi və xəsarət alanların təxliyyəsi üsullarını öyrənirlər. Təlim qarlı ərazidə gecələməyi də nəzərdə tutur.

Kursun sonunda hərbçilər imtahan verəcəklər və bu da onlara qış aralıq təlim kursunda iştiraka imkan yaradacaq.

Report

XƏBƏR LENTİ

Müddətli hərbi qulluqçuların nə vaxt tərxis olunacağını açıqlayıb


Koronavirusun dezinfeksiyasında YENİLİK


Karantindən yayınmaq üçün özünü kola bənzətdi


Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı


Koronavirusdan ölənlərə şəhid statusu verilsin — Deputatdan TƏKLİF


Bu ölkə tibbi maskaları təkrar emal edəcək


Bakıda polislər böyük cərimələr etməyə başlayıb


Milli Məclisin deputatı İngiltərədə 3.3 milyon dollarlıq 4 ev aldı


Karantin rejimi nədir və hansı hallarda tətbiq olunur?


Deputatlar evdən oturub səs verə biləcəklər


SORĞU

Test

Loading ... Loading ...

ARXİV